AZ

Dağlıq rayonlarda fövqəladə hallara reaksiya mexanizmləri gücləndirilməlidir

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Yüksək dağlıq rayonlarda fövqəladə hallara dövlət qurumlarının reaksiyası vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, yanvarın 19–21-də yağan intensiv qar Lerik və Astaranın dağlıq kəndləri ilə əlaqəni tam kəsib, uzunmüddətli enerji fasilələrinə səbəb olub.

Deputat yerli qurumların səylərinə baxmayaraq, texnika çatışmazlığı və operativ maliyyə mexanizmlərinin olmamasının problemlərin vaxtında həllinə mane olduğunu vurğulayıb.

Parlamentari yüksək riskli rayonlara hər il 40–50 min manat ehtiyat vəsait ayrılmasının fövqəladə hallara çevik reaksiya imkanlarını artıracağını deyib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr