Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Özbəkistana yollanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
U-19 yığmamız Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.