AZ

Onkoloji xəstəliklərin sayı, xüsusən də uşaqlar arasında çoxalıb - Deputat

"Mövcud qanunvericiliyə  təklif olunan  əlavə və dəyişikliklər  çox aktualdır. Mən bu qanun layihəsini dəstəkləyirəm və səs verəcəyəm. Və bəzi fikirlərimi çatdırmaq istərdim. Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı  artır.  Dövlət Statistika Komitəsinin  rəsmi məlumatlarına əsasən,  2000-ci ildə  tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21088 nəfər olub". 

Ölkə.az xəbər verir ki, bunu deputat Hicran Hüseynova Milli Məclisdə "Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında”  qanunlara dəyişikliyin müzakirəsi zamanı deyib. 

Deputatın sözlərinə görə, 2024-cü ildə 73 875  beş nəfər olub.  24 il ərzində təxminən 3,5 dəfə artıb.  "Əən narahatedici məqam isə  uşaqlar arasında  onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə  hər 100 min nəfərə 7,1 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir",-o qeyd edib.

O əlavə edib ki, əlbəttə bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə  xidmət göstərməkdə çətinlik çəkir. "Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi  xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır.  Həm də bu sahədə tibbi resursların  artmasına səbəb olacaq. 
Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir",- o qeyd edib.

Mürtəza

Seçilən
1
12
olke.az

10Mənbələr