"Mədəniyyət naziri, kino xadimləri səhhətimlə maraqlanırlar. Maraqlanmayan bircə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev oldu".
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bunu Əbdül Mahmudov bildirib.
82 yaşlı Xalq artisti gileylənib: "Əvvəl ittifaq bölünmüşdü. Mənim təkidimlə, müraciətimlə bu ittifaq birləşdirildi. Həmin gündən Rasim balayev və ŞƏfiqə Məmmədova məndən küsdülər. Kino ittifaqını mər yaratdım. Görünür, birləşmək istəmirdilər. Şəxsi maraqlarını kino maraqlarından üstün tuturlar.
Bu ittifaqın işi kino çəkmək deyil. Onların işi kino xadimlərinə qulluq etmək, onlarla maraqlanmaqdır. Onların film çəkilişinə aiddiyatları yoxdur. Dövlət pulu onların şəxsi maraqları üçün ayırmır.
Bu sahədə qalan ən yaşlı kino xadimlərindən, ağsaqqallardan biriyəm. Ömrümü kino sahəsinə həsr etmişəm. Qazandığım sevgini, hər şeyi kinoya borcluyam. Rasim Balayev mənimlə maraqlanmalı, yanıma gəlməlidir. Uman yerdən küsərlər. Bunu istəmək mənim haqqımdır. Onlara ayıb olsun".
Telegram kanalımız