İsrailin Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda avtomobilə zərbə endirib, nəticədə "Hizbullah" üzvü ölüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, insident Sayda şəhəri ətrafında magistral yolda baş verib.
Dron avtomobilə iki raket zərbəsi endirib, nəticədə nəqliyyat vasitəsi partlayıb. "Hizbullah"ın silahlı üzvlərindən biri hadisə yerində ölüb.
Qeyd edək ki, fevralın 1-də İsrailə məxsus pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr nəticəsində "Hizbullah"ın daha iki üzvü öldürülüb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənub bölgələrində "Hizbullah"ın anbarlara hava zərbələri endirib.
"Cebheinfo.az"