Bakı. Trend:
Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərininmüavinləri, Birgə Müəssisə, “CESI S.p.A” şirkəti, Asiya İnkişafBankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakıilə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinintexniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayniclas keçirilib.
Trend xəbər verir ki, bubarədə Energetika Nazirliyi məlumat yayıb.
Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycan,Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialınınaraşdırılmasında üç ölkənin, beynəlxalq qurumların və məsləhətçişirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavinibildirib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməkləstrateji əməkdaşlığı daha da dərinləşdirəcək.
Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov vəÖzbəkistanın energetika nazirinin müavini Ümid Mamadinovtədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, “MərkəziAsiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerjiinteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyətdaşıdığını bildiriblər.
İclasda məsləhətçi şirkət “CESI S.p.A”, eləcə də tərəfdaşlarıTürkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləritərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadiəsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlərvə müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb.Növbəti addımlar razılaşdırılıb.
Qeyd edək ki, layihənin icrası məqsədilə “AzərbaycanRespublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikasıhökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsisahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında “YaşılDəhliz Alyansı” - Birgə Müəssisə yaradılıb. Layihənintexniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın “CESIS.p.A” şirkəti beynəlxalq tenderdə qalib elan olunub.Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) vəAsiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyatakeçiriləcəkdir.