"World Population Review" (WPR) analitik platformasının 2025-ci ilə aid "TasteAtlas" tədqiqatına əsasən, ən ləzzətli milli mətbəxlərə malik ölkələrin reytinqini dərc edib.
"Yeni Sabah" xəbər verir ki, siyahıya istifadəçi rəyləri və orta ballar əsasında qiymətləndirilən 99 ölkə daxil edilib.
Ermənistan reytinqin ən aşağısında yer alıb. Ölkə mümkün 5 baldan təxminən 3,9 bal toplayaraq 93-cü yerdə qərarlaşıb. Qazaxıstan da oxşar bal alaraq 92-ci yerdə qərarlaşıb. Gürcüstan 30-cu, Azərbaycan isə 56-cı yerdə qərarlaşıb. Nikaraqua, Laos və Boliviya reytinqi tamamlayıb.
Reytinqlər təxminən 400.000 istifadəçi reytinqinə əsaslanıb. Hər bir ölkə 0-dan 5-ə qədər şkala üzrə qiymətləndirilə bilər. Qeyd olunur ki, milli mətbəxlər konkret yeməklər göstərilmədən ümumi şəkildə qiymətləndirilib.
Yunanıstan 4,6 balla reytinqə başçılıq edib. Ən yüksək mətbəx reytinqlərinə malik ilk 5 ölkəyə 4,59 balla İtaliya, 4,52 balla Meksika və hər biri 4,50 balla Türkiyə və İspaniya daxil olub.
Milli mətbəxin orta reytinqinə görə ən yüksək onluğa Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin də daxil idi. Araşdırmaya görə, reytinq liderləri əvvəlki ilə nisbətən faktiki olaraq dəyişməz qalıb.
Telegram kanalımız