AZ

TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər

Ermənistanın keçmiş prezidenti, dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımların təşkilatçılarından biri olan Robert Köçəryan TRIPP layihəsinə etiraz edir. Xocalı qatili ötən həftə mediaya açıqlamasında TRIPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini bildirib. Bir neçə ay öncə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanda oxşar sayıqlamalar etmişdi. Eyni mənbədən təlimatlar alan həmin zatıqırıq da bildirmişdi ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar.

Yəni bu nəhəng marşrutu əngəlləmək ehtimalı Rusiyanın maraqları ilə üst-üstə düşür. Şimal qonşumuzun çirklənmiş teleməkanına nəzər salsaq rəsmi Moskvanın Cənubi Qafqazla, xüsusilə Zəngəzur layihəsi ilə bağlı mövqeyi bəllidir. Baxmayaraq ki, Rusiya rəsmiləri bu layihə ilə bağlı susqunluq nümayiş etdirirlər. Düşdüyü Ukrayna bataqlığına və ABŞ prezidenti D. Trampın nüfuzuna görə açıq şəkildə etiraz bildirmirlər. Amma məqamı gəldikcə strateji istəklərini ohanyanların, köçəryanların dili ilə ortalığa qoyurlar.

Heç şübhəsiz ki, Ermənistandakı bu nüfuzdan düşmüş revanşist qüvvələr də Rusiyadan güc alaraq vəziyyətin dəyişəcəyinə ümid edirlər. Bir vacib məqamı unutmamalıyıq ki, Seyran Ohanyanın, Robert Köçəryanın, Serj Sərkisyanın Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən bu şəxslərin və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların azadlıqda qalması regionda sabitliyə təhdiddir. Ona görə istintaqın əhatə dairəsi genişlənməlidir. Ermənilərin çox uğursuz ənənəvi təcrübəsindən əl çəkməsi üçün təhqiqat işlərinə beynəlxalq aləmdə tanınan, qəbul edilən ekspertləri cəlb etmək lazımdır.

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri 

Seçilən
18
1
qht.az

2Mənbələr