Bakı. Trend:
Xaçmaz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günümünasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatınınsədri Məhəmməd Balaqadaşov, ağsaqqallar, ziyalılar və gənclərəvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələridüzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Bu barədə Trend-ə Xaçmaz Rayonu İcra Hakimiyyətindən məlumatverilib.
Bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan gəncliyinin inkişaf yolu, dahi şəxsiyyət HeydərƏliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərinə dairvideoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləritəbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Oqeyd edib ki, gənclər siyasəti bu gün Prezident İlham Əliyevinrəhbərliyi ilə uğurla həyata keçirilir. Gənclər ölkənin ictimai vəmədəni həyatında fəallıqları ilə seçilir, dövlətimizin inkişafınamühüm töhfələr verirlər. Elnur Rzayev həmçinin vurğulayıb ki,Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə, xüsusiləgənclərin rifahının yüksəldilməsi, təhsil, idman və sağlamlıqistiqamətlərində gördüyü işlər gənclər üçün geniş imkanlaryaradır.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov Vətənmüharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq vəfədakarlıqdan bəhs edərək, onların vətənpərvərlik ruhunun gələcəknəsillər üçün örnək olduğunu qeyd edib.
Xaçmaz Rayon Gənclər və İdman Sektorunun müdiri Elman Məmmədov,Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev,Vətən müharibəsi qazisi Şirin Ramizov və gənc müəllim JaləMəmmədova gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəaliştirakının təmin olunması istiqamətində yaradılan imkanlardandanışıblar. Göstərilən diqqət və qayğıya görə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidentMehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən vəmüxtəlif sahələrdə çalışan bir qrup gənc Xaçmaz Rayon İcraHakimiyyəti tərəfindən təltif olunub, xatirə hədiyyələri iləmükafatlandırılıb.
Bayram tədbiri geniş konsert proqramı ilə davam edib. Şən mahnıvə rəqslər gənclərdə xoş əhval-ruhiyyə yaradıb.