AZ

“Real Madrid” Bellinghamın səhhəti ilə bağlı açıqlama verib

İngiltərə millisinin üzvü Jude Bellingham sol ayağının arxa əzələsindən zədələnib. Bu səbəbdən o, təxminən bir ay forma geyinməyəcək.

Missiya.Az Haber Global-a istinadən xəbər verir ki, futbolçu Rayo Valyekano ilə oyunun 9-cu dəqiqəsində sürətli hücum zamanı zədə alıb.

Bellingham ağrı hiss etdikdən sonra oyunu davam etdirə bilməyərək meydanı tərk edib. Bu, yarımmüdafiəçinin cari mövsümdə yaşadığı ikinci ciddi zədədir. O, daha əvvəl çiynindən əməliyyat olunduğu üçün mövsümün əvvəlini buraxmışdı.

Zədə səbəbindən Bellinghamın Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika”ya qarşı oyunlarda iştirak etməyəcəyi gözlənilir. 

Seyranə Quliyeva 

Missiya.Az 

Seçilən
13
missiya.az

1Mənbələr