AZ

"Qarabağ"ın rəqibi "Arsenal"ın ilk təklifini geri çevirdi

İngiltərə Premyer Liqasının turnir cədvəlində lider mövqeyində qərarlaşan "Arsenal" "Nyukasl"a futbolçusu Sandro Tonalini transfer etmək üçün rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb. 

Məlumata görə, "sağsağanlar" "topçular"ın ilk təklifini geri çeviriblər.

2023-cü ildən "Nyukasl"da çıxış edən oyunçu cari mövsüm 35 matçda meydana çıxıb və beş məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı futbolçunun "ağ-qaralar" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq.

Nihat
 

Seçilən
28
1
fanat.az

2Mənbələr