AZ

BDU da payız semestrinin imtahan sessiyası başa çatıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası başa çatıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsində 923 qrup üzrə 21 mindən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verib. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün fevralın 10-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
7
azertag.az

10Mənbələr