AZ

Tramp bu ölkələrin ABŞ-ə birləşməsi ilə bağlı ZARAFAT EDİB

Ajans.az The Washington Post qəzetinə istinadən xəbər verir ki, Tramp yanvarın 30-da Vaşinqtonda keçirilən qəbul zamanı deyib:
“Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətində olmamışam.
Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü ola bilər”. ABŞ prezidenti çıxışı zamanı zarafatla Qrenlandiyaya mümkün “müdaxiləyə” şəxsən nəzarət etmək üçün fasilə verməli ola biləcəyini də bildirib. Daha sonra isə əlavə edib: “Biz Qrenlandiyanı işğal etməyəcəyik. Biz sadəcə onu alacağıq”. Tədbir zamanı Tramp Federal Ehtiyat Şurasının (FED) sədrliyinə namizəd Kevin Uorşa qarşı da zarafatla tədbir görəcəyi ilə hədələyib. “Əgər o, əsas faiz dərəcəsini aşağı salmasa, onu məhkəməyə verəcəyəm”, — deyə Tramp bildirib. Bir müddət sonra prezident jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlərin böyük hissəsinin zarafat xarakteri daşıdığını qeyd edib.

 

Seçilən
4
Ajans.az

1Mənbələr