Ukrayna sülh danışıqlarında çətin güzəştlərə getməyə hazırdır.
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa ittifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Osloda keçirilən təhlükəsizlik üzrə konfransda deyib:
“Ukraynalıların çox çətin güzəştlərə getməsi üçün onlara güclü təpkilər var, onlar isə bu güzəştlərə hazırdırlar, çünki həqiqətən bu müharibənin başa çatmasını istəyirlər”.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev ərazi bütövlüyü məsələsinin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ən çətin məsələ olduğunu bildirmişdi.
Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə vurğulayıb ki, onun ərazi güzəştləri ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Yanvar ayının sonunda o yenidən bəyan edib ki, Ukrayna öz ərazilərini verməyəcək və tərəfləri kompromis tapmağa çağırıb.