AZ

Çinli kişi arvadının keçəlliyinə görə boşanıb

Çinin Şantsyu şəhərinin sakini əri tərəfindən xəstəliyi ilə bağlı qəddarlığından şikayətlənib. 36 yaşlı Li bildirib ki, iki il əvvəl başının təpəsi qəfildən ağarıb. Həkimlər ona vitiliqo diaqnozu qoyublar, lakin problemləri bununla bitməyib: qısa müddətdə bu ağ saçlar tökülməyə başlayıb. Qadın ərinin dəstəyinə ümid edirdi, lakin əksinə, əri keçəlliyinə görə ona nifrət etməyə başlayıb. O, qadını dostları və qohumları ilə görüşlərə aparmaqdan utanıb və onun tibbi xərclərini ödəməkdən imtina edib.

Oxuməni.az-ın məlumatına görə, onun hekayəsini "South China Morning Post" dərc edib.

Daha sonra kişi 16 illik evlilikdən sonra Lidən boşanıb. "Mən özümü tamamilə ailəyə həsr etmişdim. Uşağa qulluq edirdim, paltar yuyurdum, yemək bişirirdim və digər ev işlərini görürdüm", - o şikayətlənib.

Li keçmiş ərini amansız adlandırıb. Həkimlər qeyd ediblər ki, onun xəstəliyi əsasən ərinin davranışına görə bu qədər sürətlə irəliləməyə başlayıb. Li onun üzündən çox narahat olub və bu, vəziyyəti daha da pisləşdirib.

Ürəyi qırılsa da, çinli qadın ruhdan düşmək niyyətində deyil. "Mən keçmişimi buraxacağam və müalicəni müsbət əhval-ruhiyyə ilə keçəcəyəm", - o bildirib.

Almaz Həsənli

Seçilən
1
1
oxumeni.az

2Mənbələr