JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Bakıda “Toyota”nın Azərbaycandakı rəsmi dileri Toyota Bakı Mərkəzinin əsaslı təmirdən sonra rəsmi açılış mərasimi keçirilib.

Toyota Bakı Mərkəzinin verdiyi xəbərə görə, yenilənmiş mərkəz müasir dizaynı, genişləndirilmiş xidmət imkanları və müştəriyönümlü yanaşması ilə diqqət çəkir.

Açılışda avtomobil sektorunun nümayəndələri, tərəfdaşlar, media təmsilçiləri və Toyota həvəskarları iştirak ediblər. Qonaqlara yenilənmiş sərgi zalı, servis zonası və müştərilər üçün yaradılan komfortlu gözləmə sahələri təqdim olunub.

Toyota Bakı Mərkəzi beynəlxalq Toyota standartlarına tam uyğunlaşdırılıb. Mərkəzdə yeni avtomobillərin satışı ilə yanaşı, zəmanətli və zəmanətdənkənar texniki xidmət, orijinal ehtiyat hissələrinin satışı, eləcə də müasir diaqnostika və servis xidmətləri göstərilir. Texniki heyətin peşəkarlığı və ən son avadanlıqlarla təchiz olunmuş servis zonası avtomobil sahiblərinə daha sürətli və keyfiyyətli xidmət vəd edir.

Tədbir zamanı bildirilib ki, yenilənmiş Toyota Bakı Mərkəzi müştəri məmnuniyyətini daha da artırmağı, satış və servis proseslərini daha rahat və şəffaf etməyi hədəfləyir. Bu addım Toyota brendinin Azərbaycanda mövqeyinin möhkəmləndirilməsi və avtomobil sahiblərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX