AZ

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi 4–5 fevralda Əbu-Dabidə keçiriləcək

Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupun ikinci raund görüşü 4–5 fevral tarixlərində Əbu-Dabi şəhərində baş tutacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

Kreml nümayəndəsi dəqiqləşdirib ki, danışıqlar əvvəlcə 1 fevral tarixinə planlaşdırılsa da, tərəflərin qrafiklərinin uyğunlaşdırılması üçün əlavə vaxt lazım olub.

Fevralın 1-də Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb ki, Ukrayna nümayəndə heyəti fevralın 2-də BƏƏ-yə yollanaraq Rusiya ilə münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqların yeni mərhələsində iştirak edəcək.

Moskva, Kiyev və Vaşinqton yanvarın 23-dən etibarən Əbu-Dabidə üçtərəfli danışıqlar aparırlar. Peskov qeyd edib ki, münaqişənin həlli ilə bağlı mürəkkəb mövzuların ekspert səviyyəsində müzakirə olunması artıq irəliləyiş sayılır. Yanvarın 30-da ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın sülh sazişinə “çox yaxın” olduqlarını bildirib.

Növbəti gün ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Floridada Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə görüşüb. Tərəflər müzakirələrin detallarını açıqlamasalar da, hər iki tərəf danışıqları konstruktiv adlandırıb.

Seçilən
14
banker.az

1Mənbələr