AZ

“Şamaxı”dan ayrılan futbolçu bu kluba KEÇDİ

"Şamaxı"dan ayrılan Antonio Laranın yeni komandası müəyyənləşib.

Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi Maltada çıxış edəcək.

Cənubi amerikalı "Floriana" klubu ilə müqavilə bağlayıb. Anlaşma 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin yanvarından forma geyindiyi "Şamaxı"da 12 oyunda meydana çıxıb.

Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr