AZ

Simonyan İranın yeni səfiri ilə görüşüb

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, tərəflər bir sıra məsələ ilə yanaşı regiondakı cari vəziyyət ətrafında müzakirələr aparıblar. Onlar həmçinin parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini də nəzərdən keçiriblər. Xatırladaq ki, səfir Xəlil Şirqulami yanvarın 14-də mətbuat konfransı keçirmişdi. O, İran müxalifətinə dəstək məqsədilə səfirliyin qarşısında baş tutan nümayişlərdən, habelə Ermənistanın ABŞ ilə birgə apardığı "Tramp yolu" layihəsindən narazı qaldığını vurğulamışdı. O söyləmişdi ki, İrəvan düşmən qüvvələr, yəni ABŞ üçün platformaya çevrilir. Həmin günlərdə Alen Simonyan iranlı diplomatın iddialarına cavabən diqqətə çatdırmışdı ki, "Tramp yolu" layihəsi regiondakı bütün ölkələr, o cümlədən İran üçün potensial faydaya malikdir: "Ermənistan qətiyyən dost ölkə İrana qarşı addım atmayıb, atmaq niyyətində də deyil. İranda daxili vəziyyət sabitləşdikcə, gərginlik azaldıqca rəsmi Tehran görəcək ki, bütün narahatlıqlar əsassızdır".

Simonyan: "Ermənistan İrana qarşı addım atmayacaq"

Eyni zamanda, Baş nazir Nikol Paşinyan da oxşar açıqlama vermiş, İranın narahatlığını aradan qaldırılması, bu ölkənin səfirliyinin fəaliyyətində hər hansı problemin yaranmaması üçün lazımi tədbirlərin görüləcəyini bildirmişdi. Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azvision.az

1Mənbələr