ain.az, Footbal-plus saytına istinadən bildirir.
Bilindiyi kimi, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq. Təbii ki, belə komandanın Bakıya səfəri, "Tofiq Bəhramov"da "köhlən atlar"la qarşılaşması azərbaycanlı azarkeşlər üçün əsl futbol bayramıdı.Bəs, rəqibin tərəfdarları püşkü necə qarşıladı? İngiltərə klubunun fanatları "Qarabağ" haqda hansı sözləri dedi?"Football-plus.az" onların "Nyukasl"ın sosial şəbəkə hesablarında yazdığı bəzi rəyləri təqdim edir."thewirtz": "Yaxşı püşk olmadı. "Monako" daha uyğun rəqib idi. "Qarabağ" az qala "Çelsi"ni məğlub edəcəkdi"."romanpurser": "Yüz faiz bu oyuna baxanda çoxlu siqaret çəkəcəm"."aliou_tune": "Bizim üçün şad xəbər. 1/8 finaldayıq!""anasthemanace": "Bir neçə ay əvvəl "Formula-1" yarışlarını izləmək üçün Azərbaycana yollanmışdım. Bakı çox gözəl şəhərdi. Gəzmək və əylənmək üçün yerlərin sayı çoxdu. Xoş əyləncələr, "Nyukasl"Stule Burke: "Qarabağ" qalib gəlmək istəyirsə, iki ayaqdan daha çoxuna sahib olmalıdı".Dennis Nilsen: "Əslində asanlıqla qalib gəlməli olduğumuz rəqibdi. Ancaq mənə elə gəlir çox çətin olacaq".Lucky Luce: "Qarabağ" asan rəqib deyil, inanmasaz, "Çelsi" ilə "Benfika"dan soruşun".Xatırladaq ki, fevralın 18-də Bakıda keçiriləcək ilk oyun saat 21.45-də, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00.00-da başlayacaq.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.