AZ

Rəsul Abbasov “İki qapı arasında”dan ayrılıb? – AÇIQLAMA

“ATV” telekanalının iddialı seriallarından “İki qapı arasında” ilə bağlı sürpriz iddia yayılıb.

Belə ki, ötən ilin sonlarında ekran işinə qatılan məşhur aktyor Rəsul Abbasovun son bölümlərdə çəkilməməsi diqqətlərdən yayınmayıb. O, 16-cı bölümdə “Vəfadar” obrazı ilə layihəyə qatılıb. Lakin sevilən aktyor serialın son iki bölümündə çəkilməyib. 

Hətta 16-cı bölümün sonunda “Vəfadar”ın Türkiyəyə qayıtdığı deyilib. Bu isə Rəsul Abbasovun layihəyə qonaq kimi sadəcə 1 bölümlük qatıldığı iddialarının yayılmasına səbəb olub. Sosial şəbəkələrdə serial izləyiciləri məşhur aktyorun nə üçün yeni bölümlərdə olmadığına dair rəylər yazıblar. 

Maraqlıdır, Rəsul Abbasov “İki qapı arasında”dan ayrılıb?

Bu suala cavab tapmaq üçün layihənin rəhbəri Elməddin Cəfərovla əlaqə saxladıq.

O, Hit.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Rəsul Abbasov “İki qapı arasında” serialında çəkilməyə davam edəcək. O, layihəmizə qonaq kimi qatılmayıb. Sadəcə ssenariyə uyğun olaraq son 2 bölümdə çəkilməyib. Lakin Rəsul Abbasov bu həftədən etibarən hər bölüm “Vəfadar” obrazı ilə izləyicilərimizin qarşısına çıxacaq”.

Pərviz


 

Seçilən
5
hit.az

1Mənbələr