“Dünya Əhalisinin İcmalı” 2026-cı il üçün ölkələrə görə ilk evliliyin orta yaşını müəyyənləşdirib.
Turkustan.az xəbər verir ki, “Ən erkən evlənənlər ölkəsi” siyahısına Niger başçılıq edir - 21 yaş.
İlk “5-lik”də sonrakı yerləri bu ölkələr tutur: Liberiya (21 yaş), Tanzaniya (21.4 yaş), San-Tome və Prinsipi (21.6 yaş), Nepal (21.9 yaş).
Azərbaycan siyahıda 76-cı yerdə göstərilib. “Dünya Əhalisinin İcmalı”ndakı siyahıya görə, Azərbaycanda ilk evliliyin orta yaşı 26.1-dir. Beynəlxaq quruma görə, Azərbaycanda kişilər 28.1, qadınlar isə 24 yaşda ilk evliliyə daxil olurlar.
Siyahıda sonuncu yerə qərarlaşan İspaniya sakinləri ən gec yaşda ilk evlilyə daxil olan insanlardır – 39.8 yaş. İspaniyada kişilər 40.8 yaşda, qadınlar isə 38.8 yaşda ilk evliliklərini yaşamağa başlayırlar./modern.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta