Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bəzən yol-nəqliyyat hadisəsi baş verəndə sürücülər avtomobil sığortalansa da, sığorta pulunu çətinliklə aldıqlarından şikayətlənirlər. Onların iddiasına görə, sığorta ödənişi hətta aylarla yubanır.
Bəs avtomobil sığortası qiyməti necə hesablanır? Sürücülər hansı hallarda sığorta şirkətləri ilə problem yaşayırlar? Ümumiyyətlə, sığorta hadisəsi zamanı sürücü neynəməlidi?
Sığorta mütəxəssisi Seymur Bağırov Bakıvaxtı.az-a açıqlamasında bu və digər sualları cavablandırıb.
Onun sözlərinə görə, qiymətin hesablanması üçün avtomatik olaraq avtomobilin markası, modeli, mühərrikin ili, sürənin sürücü təcrübəsi və yaşına görə dəyişir. Mütəxəssis deyib ki, qiymətləndirmə minimum 50 manatdan başlayaraq 250 manat baza sistemində fərqlənə bilir:
“Həmçinin daha çox və ya daha az da ola bilər”.
Müsahibimizin sözlərinə görə, sürücü hər hansı bir problemlə qarşılaşmayıbsa, sığorta şirkətləri ilə hər şey qaydasındadırsa, hadisə nəticəsində ilk növbədə DYP-yə müraciət edilməlidir. S.Bağırov deyib ki, sığortanın gəlməsi vacib olmasa da, xəbər verilməsi məqsədəuyğundur:
“DYP-də “Forma4” sənədi var ki, bu, 30 iş günü ərzində sığorta şirkətinə çatmalıdır. Həmin sənəd 7 iş günü müddətində qiymətləndirilir, növbəti 7 iş günü ərzində də ödəniş olunmalıdır”.
Həmsöhbətimiz sığorta şirkətinin ödənişi vermədiyi bir neçə istisna halları da qeyd edib. Dediyinə görə, bura sürücünün içkili olması, işıqforun qırmızı işığında keçməsi, etibarnaməsiz avtomobil idarə və s. bu kimi səbəblər aiddir.
Bəzən köhnə maşınların sığortasının sərf edilmədiyi də deyilir. Sığorta mütəxəssisi bununla bağkl deyib ki, idarə edilən bütün avtomobillərin icbari tibbi sığortası vacibdir:
“Əks təqdirdə hər 20 gündən bir 50 manat cərimə olunur”.
Aynur Babazadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.