AZ

Çin hökuməti ABŞ-yə etirazını bildirib

Çin ABŞ-yə daxil olan Çin şirkətlərinin işçilərinin əsassız saxlanılması və dindirilməsi ilə bağlı sərt etirazını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian RİA Novosti agentliyinə danışıb.

Diplomatın sözlərinə görə, ABŞ hüquq-mühafizə orqanları son zamanlar Çin şirkətlərinin işçilərinə qarşı uzun və əsassız dindirmələr, həbslər və deportasiyalar həyata keçirib.

Jianın sözlərinə görə, Çin bu məsələ ilə bağlı güclü narazılığını və qətiyyətli etirazını bildirir.O, həmçinin Amerika hüquq-mühafizə orqanlarını Çin vətəndaşlarının qanuni hüquqlarını və iki ölkə arasında biznes mühitini pozan sərt taktikalardan istifadə etməkdə günahlandırıb. Diplomat Vaşinqtonu bu cür hərəkətləri dərhal dayandırmağa çağıraraq Pekinin vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyi barədə xəbərdarlıq edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
14
1
missiya.az

2Mənbələr