2025-ci ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9 milyard 483 milyon manat təşkil edib.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 699 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard 473 min manatı elektron ticarət, 2 milyard 176 milyon manatı POS-terminallar, 1 milyard 473 milyon manatı bankomatlar, 358 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2026-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 77 min təşkil edib.
"Cebheinfo.az"