AZ

Meyitdən ürək köçürlən Rəşad ötən il əsgər aparılıbmış

Qafqazda ilk dəfə meyit donordan ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev səhhətindəki son vəziyyətlə bağlı danışıb.

Publika.az Milli.Az-a istinadən xəbər verir ki, Rəşad Məmmədəliyev bildirib ki, ona ürəyinin sağalma ehtimalının olmadığı deyilib və yeganə çıxış yolu transplantasiya olub:

"Mənə diaqnoz qoyuldu ki, bu ürəyin sağalmaq ehtimalı yoxdur, mütləq donor lazımdır. Çox keçmədi ki, donor tapıldı. Əməliyyatdan əvvəl piyada uzun yol gedə bilmirdim, pilləkan qalxa bilmirdim. Əməliyyat çox uğurlu keçdi. Hazırda rahat gəzirəm, danışıram. Hər şey göz qabağındadır".

Onun sözlərinə görə, ürəyində ilk narahatlığı 2024-cü ilin noyabrında hiss edib. Ötən il əməliyyat olunan Rəşad Məmmədəliyev əməliyyatdan sonra səhhətinin xeyli yaxşılaşdığını vurğulayıb.

Seçilən
11
5
publika.az

6Mənbələr