AZ

Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş 20 yaşlı Səmanın FOTOsu

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Ötən gün Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində qardaşı ilə birlikdə həlak olan Səma Mirzəyevə tələbə imiş.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Dövlət və ictimai münasibətlər" ixtisasının üçüncü kursunda təhsil alırmış.

Xatırladaq ki, qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.

Oxunub 10

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
avtosfer.az

3Mənbələr