AZ

Azərbaycanda bu məhsul yoxa çıxıb Od qiymətinə satılır

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər paytaxt və bölgə bazarlarında alıcıların diqqətini çəkən qeyri-adi mənzərə yaranıb. Demək olar ki, hər fəsildə piştaxtalardan əskik olmayan reyhan tapılmır. Adətən gündəlik süfrələrin, xüsusilə milli mətbəxin sevilən göyərtilərindən sayılan reyhanın yoxluğu həm ev təsərrüfatlarında, həm də iaşə obyektlərində narahatlıq yaradıb. Alıcılar qiymət artımından çox, məhsulun ümumiyyətlə bazarda olmamasından şikayətlənirlər. Satıcılar isə mövcud vəziyyətin mövsümi və istehsal amilləri ilə bağlı olduğunu bildirirlər.Kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov mövcud vəziyyətlə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, reyhan istilik sevən bitkidir:“Soyuq havada açıq sahədə yaxşı yetişmir. Qış və soyuq mövsümlərdə reyhan əsasən istixanalarda becərilir. Əgər istixanaların sayı azdırsa və ya xərclər çoxdursa, istehsal da azalır. Son dövrlərdə istilik, qaz və elektrik xərclərinin artması bəzi istixana sahiblərinin reyhan əkini azaltmasına səbəb ola bilər. Çünki reyhanı qışda yetişdirmək baha başa gəlir. Reyhan tez xarab olan bitkidir. Onu uzaq məsafədən gətirmək çətindir. Yolda tez solur və keyfiyyətini itirir. Buna görə də əsasən yerli istehsala güvənilir. Yerli istehsal azalanda bazarda dərhal qıtlıq hiss olunur”.O bildirib ki, fermerlər daha çox gəlir gətirən məhsullara üstünlük verir:“Məsələn, pomidor və xiyar istixanada daha stabil qazanc verir. Bu halda reyhan ikinci plana keçir və daha az əkilir. Hava şəraiti də təsir edir. Uzun sürən soyuq və günəşsiz günlər bitkinin böyüməsini ləngidir. Nəticədə məhsul gec yetişir və bazara az çıxır. Tələbat isə il boyu eyni qalır. İnsanlar qışda da reyhan almaq istəyir. Amma təklif azalanda piştaxtalar boş qalır”.Beləliklə, reyhanın bazarlarda azalması təkcə bir səbəblə izah olunmur. İstixana xərclərinin artması, fermerlərin daha gəlirli məhsullara yönəlməsi, hava şəraitinin əlverişsiz keçməsi və reyhanın tez xarab olan bitki olması bu zəncirin əsas halqalarını təşkil edir. Qış aylarında təklifin azalması fonunda tələbatın dəyişməməsi isə vəziyyəti daha da qabarıq göstərir. Bu kimi hallar yaxın aylarda da davam edə bilər və reyhan bazarlara əsasən hava şəraiti yaxşılaşdıqdan, açıq sahə istehsalı bərpa olunduqdan sonra əvvəlki bolluqla qayıda bilər. Hələlik isə alıcılar sevdikləri göyərtini tapmaq üçün ya alternativ bazarlara üz tutmalı, ya da mövsümün dəyişməsini gözləməli olurlar.Leyla Turan

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
demokrat.az

1Mənbələr