AZ

Kante “Fənərbağça”ya keçir

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Fənərbağça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

"Unikal" “Sky Sports”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantenin transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə razılığa gəlib. “Fənərbağça” 35 yaşlı oyunçuya görə 4 milyon avro təzminat ödəyəcək. Yarımmüdafiəçi yaxın vaxtlarda İstanbula yollanaraq, 2,5 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, “Fənərbağça” qış fasiləsində bunadək Matteo Gündüzi, Entoni Musaba, Mərt Günok və Sidiki Şerifi heyətinə qatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
7
unikal.az

8Mənbələr