Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.Metbuat.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib Azad olunan ərazilərdə yanvar ayı ərzində 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1356 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 1738.3 hektar ərazi minalardan təmizlənib.