AZ

Sirlər açılır: Epşteyn niyə tez-tez Qazaxıstana uçurdu?

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteynin işi ilə bağlı geniş materiallar yayımlayıb. Sənədlər 3 milyon səhifə, 180 min foto və 2 min videodan ibarətdir. Onlarda Epşteynin həbsxanadakı vəziyyəti, ölümünün araşdırılması və onun Gisleyn Maksvellə əlaqələri əks olunub.

KONKRET.az xəbər verir ki, Tengrinews.kz sənədləri araşdıraraq müəyyən edib ki, Qazaxıstan bu materiallarda 400 dəfdən çox dəfə xatırlanır.

Söhbət Epşteynin Almatı və Astanaya səfərlərindən, rəsmi şəxslərlə görüşlərindən və naməlum qadından gedir.

Yazışmalardan görünür ki, Epşteynin Qazaxıstana səfərləri əvvəlcədən dəqiq planlaşdırılıb. 2014-cü ilin martına aid bir mesajda belə deyilir:

“Az əvvəl Almatıya endim”. Marşrutlarda Moskva, Minsk, Riqa və Vilnüs üzərindən tranzit uçuşlar da yer alıb.

Sənədlərdə Epşteynin Qazaxıstanın yüksək vəzifəli məmurları, o cümlədən sabiq baş nazir Karim Masimov və onun müavini ilə görüşlərindən də bəhs olunur.

Naməlum qadın Epşteynin görüşlərinin təşkilində fəal iştirak edib, onun əməkdaşları ilə səfərlərin detalları, yerləşmə, görüş vaxtlarının dəyişdirilməsi və digər məsələləri müzakirə edib.

Onun adı sənədlərdə ən azı 38 dəfə çəkilir.
Bundan başqa, materiallarda Qazaxıstanın bir dövlət qurumu ilə IPI arasında illik 400 min dollar dəyərində müqavilənin olduğu bildirilir. Müqavilə valyuta siyasəti və ehtiyatların idarə olunması məsələləri üzrə görüşləri əhatə edib.

Yazışmalardan birində Epşteyn “Onlara ildə 3–5 milyon deyin” ifadəsini işlədir, lakin bu vəsaitin konkret kimə aid olduğu açıqlanmır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr