AZ

"Norm" "ICCX Academy Baku 2026"da yerli tərəfdaş qismində çıxış edib (FOTO)

Bakı. Trend:

"Norm" şirkətinin yerli tərəfdaş olduğu "ICCX Academy Baku"beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb.

200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının biraraya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan betonmütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.

Gün boyu davam edən konfransda beton texnologiyalarınıntətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaatmaterialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarınınazaldılması strategiyaları diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin, Azərbaycanın müasir dəmir-betonkonstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub.Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olanbeynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanıAzərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar vəgələcəkdə müasir həllərin tətbiqi imkanları üzrə fikir mübadiləsiaparılıb. Panel çərçivəsində suallara cavab verən Henning Sasse"Norm"un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəkirolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dairşirkətin mövqeyini bildirib.

"ICCX Academy Baku 2026" iştirakçılar tərəfindən maraqlaqarşılanıb və sektor nümayəndələri arasında peşəkar əməkdaşlığıtəşviq edib.

"Norm" 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan "NEQSOL Holding"in tərkibinə daxildir.

Seçilən
1
9
az.trend.az

10Mənbələr