AZ

Şüşə qırığı ilə 33 yaşlı kişini xəstəxanalıq etdi - Cinayətin təfərrüatı

Ağsu rayonunda 33 yaşlı kişiyə şüşə qırığı ilə xəsarət yetirilməsi hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun PMK adlanan yaşayış massivində, cinayətdə təqsirləndirilən Murad Muradovun evində baş verib.

Hər iki şəxs eyni məhəllədə qonşu yaşayırmış. Ağamir Ağagül oğlu Əkbərli qonşulardan eşidib ki, guya Murad Muradov onun arxasınca söyüş söyüb. O, bununla bağlı Murada telefonla zəng etsə də, Murad telefona cavab verməyib. Bundan əsəbiləşən Ağamir gecə saatlarında Muradın yaşadığı evə gəlib və onunla söhbət etməyə başlayıb. Söhbət zamanı Ağamir Muradı söyüb.
 

Bundan sonra Murad evdəki pivə butulkasını sındıraraq, şüşənin qırığı ilə Ağamirə qarın nahiyəsindən ağır xəsarət yetirib. Ağamir qonşuların köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.


Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb. (Oxu.az)

Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr