AZ

Bronxit, prostat, mədə bağırsaq və belimdə sürüşmə var...

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq artisti, konorejissir Şeyx Əbdül Mahmudbəyov bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.Demokrat.az xəbər verir ki, onun səhhəti ilə bağlı durum ciddidir. Bunu modern.az-a açıqlamasında kinorejissorun özü deyib:“Xəstəliklər bir birinə qarışıb, bir neçə xəstəlikdən əziyyət çəkirəm. Heç birinin vaxtında qabağını almamışam. Bronxit, prostat, mədə-bağırsaq və belimdə sürüşmə var, ayaqlarım keyiyir. 3 gündür, analizlər, müayinələr aparılır. Bu gün müalicələrə təyinat veriləcək ki, hansı əvvəl, hansı sonra və necə müalicə oluncaq...”.  Şeyx Əbdül ona bu ağır vaxtında diqqət və qayğının çox olduğunu söyləyib:“Dostlar çoxdur, gəlib-gedirlər. Çətin nəfəs alıram, ona görə də görüşlərə limit qoyulub. Amma dostlar hamısı gəlirlər, zəng edirlər.  Mədəniyyət naziri, ARKA-nın prezidenti, kinostudiyanın direktoru - hamısı dünən gəlmişdilər. Əlaqə saxlayırlar.  Şükür, kriz vəziyyətdən məni çıxarıblar. Əsas bronxlarım və bədənimin quruması mənə daha çox əziyyət verir. Belimlə bağlı Türkiyədən də həkim çağırıblar. Diqqət və qayğı yüksək səviyyədədir. Xəsətəxanaya yüksək tapşırıq var. Əsas məsələ can sağlığı, bir də Allahın xeyir duasıdır”.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr