AZ

Mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır”.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri vəziyyəti doğuran səbəblərdəndir.

Deputat bu sahədə konkret mexanizmlərin yaradılmasını təklif edib:

“Birincisi, MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməldir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır.

İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır.

Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır.

Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır.
Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım”.

R.Nurullayev bildirib ki, “istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. O, burada söhbətin bazardan yox, insan taleyindən getdiyini qeyd edərək, Mülki Məcəllədə və Şəhərsalma və Tikinti Məcəlləsində kompleks dəyişiklik paketinin hazırlanmalı olduğunu deyib.

Tahirə Qafarlı

Seçilən
1
9
hafta.az

10Mənbələr