AZ

“Sadəcə çıxıb mübarizə aparmaq lazımdır” – Kadi Borges 

“Fiziki, həm də psixoloji cəhətdən daha güclü qayıtmaq lazımdır. Düşünürəm ki, bunun öhdəsindən gələcəyəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalması barədə bunları deyib:

“Zədələndiyim dövr çox çətin period oldu. Amma nə etmək olar, bu, bir idmançının həyatıdır. Bunlardan keçmək lazımdır”.

Kadi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı matçdan da söz açıb:

“Məncə, biz bunu düşünməməliyik ki, “Nyukasl”ı keçəcəyik, yoxsa keçməyəcəyik. Sadəcə çıxıb mübarizə aparmaq lazımdır. Ən yaxşı bacarığımızı ortaya qoymalıyıq. Alınacaq, yoxsa yox, hər şey Allahın əlindədir. Çünki bu məsələlər bizim nəzarətimiz altında deyil”.

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr