AZ

Rabitəbankda yeni təyinat

"Rabitəbank" ASC-nin İdarə Heyətinin qərarına əsasən, Anar Tağıyev 2026-cı ilin 2 fevral tarixindən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub.

Marja.az Banka istinadən xəbər verir ki, Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. Müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələr icra edib. Eyni zamanda,  dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib. Bu dövr ərzində maliyyə nəzarəti, uçot, strateji planlaşdırma və institusional maliyyə idarəetməsi üzrə geniş praktiki təcrübə qazanıb.

2021-ci ildən Rabitəbank ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi fəaliyyət göstərən Anar Tağıyev bankın maliyyə strategiyasının hazırlanması və icrasında, maliyyə dayanıqlığının qorunmasında və effektiv resurs idarəçiliyinin təmin olunmasında mühüm rol oynayıb.

Yeni vəzifəsində o, Rabitəbankın maliyyə idarəetmə modelinin daha da təkmilləşdirilməsi, bankın strateji inkişaf prioritetlərinin maliyyə baxımından effektiv şəkildə dəstəklənməsi və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcək.

 

RabitəbankAnar TağıyevMaliyyə üzrə İcraçı direktorRabitəbank rəhbər təyinatıbank maliyyə idarəçiliyibank maliyyə strategiyasıMaliyyə Menecmenti departamenti rəhbəribank resurs idarəçiliyibank maliyyə dayanıqlığıstrateji planlaşdırmamaliyyə nəzarətiuçot və büdcə idarəçiliyibank institusional maliyyə idarəçiliyibank sektorunda təcrübəli rəhbərbank strateji inkişaf prioritetləriuzunmüddətli dayanıqlı inkişafbank rəhbərliyibank kadr təyinatlarıAzərbaycan bank sektorupeşəkar maliyyə meneceribank idarəetmə modelibank resurslarının səmərəli istifadəsifinansal qərarverməbank inkişafıbank struktur və departament rəhbərləri
Seçilən
12
3
marja.az

4Mənbələr