AZ

Rəqəmsallaşma 5700 ağacı kəsilməkdən qoruyub

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə rəqəmsal hökumət məhsulu olan myGov ID platforması üzrə əsas göstəricilərdə artım qeydə alınıb. 

Modern.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair Mətbuat Konfransında Agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib. 

O bildirib ki, tranzaksiyaların sayı ötən illə müqayisədə 29 faiz artaraq 101,1 milyon olub. 2024-cü ildə bu göstərici 78,2 milyon təşkil edib.

“İstifadəçilərin sayı isə 19 faiz artım göstərərək 5 milyona çatıb. Belə ki, 2024-cü ildə platformadan 4,2 milyon istifadəçi yararlanıb.Bununla yanaşı, myGov ID-yə inteqrasiya olunan informasiya sistemlərinin sayı 67 faiz artaraq 274 olub. 2024-cü ildə bu rəqəm 164 olub”, - deyə o vurğulayıb.

F.Osmanov əlavə edib ki, 2025-ci il ərzində platforma üzərindən təxminən 100 milyon tranzaksiya həyata keçirilib, 800 minə yaxın yeni istifadəçi qeydə alınıb və 89 yeni informasiya sistemi inteqrasiya olunub.

O bildirib ki, hesabata əsasən, platforma üzərindən həyata keçirilən əməliyyatların həcmi 1,052 milyard manata çatıb.

“Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2021-ci ildə bu rəqəm 59,5 milyon manat, 2022-ci ildə 218 milyon manat, 2023-cü ildə 373 milyon manat, 2024-cü ildə isə 565 milyon manat olub. 2025-ci ildə artım tempi 86,5 faiz təşkil edib”.

Bundan əlavə, platformaya 512 xidmət qoşulub, 27 sistem istifadəyə verilib və 10-dan çox informasiya sistemi inteqrasiya olunub.

2025-ci ildə Rəqəmsal Sənəd Dövriyyəsi sistemi üzrə statistik göstəricilərdə artım müşahidə olunub. Cari ilin sonunadək sistemdə 1 319 inteqrasiya edilmiş qurum və 5 700 qənaət edilmiş ağac sayı, bununla bərabər 31 milyon qənaət edilən vərəq sayı, 2 milyon göndərilən paket sayı qeydə alınıb. 

O bildirib ki, 2023-cü ildə dövriyyədə olan sənədlərin sayı 16,7 min olub. Bu göstərici 2024-cü ildə 611 min, 2025-ci ildə isə 1,9 milyona çatıb. Artım tempi 2024-cü ildə 3 555 faiz, 2025-ci ildə isə 224 faiz təşkil edib.

F.Osmanov qeyd edib ki, rəqəmsal sənəd dövriyyəsi sistemi üzrə sənədlərin sayı 2,6 milyona yüksəlib. 

“Rəqəmsallaşma nəticəsində vaxt və resurslara qənaət edilib, kağız daşıyıcılardan istifadə əhəmiyyətli dərəcədə azalıb”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
modern.az

1Mənbələr