AZ

Aİ-yə ilk kim qəbul ediləcək: Ukrayna, yoxsa Balkan ölkələri?

İtaliya Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ideyasını dəstəkləyir, lakin Balkan ölkələri növbədə birincidir...

Poliqon xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio Tajani bunu Corriere della Sera-ya verdiyi müsahibədə bildirib.

"Biz Ukraynanın qəbulunu dəstəkləyirik, amma əvvəlcə öhdəliklərimiz olan və bizim üçün prioritet olan Balkanlar var. Biz müəyyən bir yolla getməli olan Ukraynaya kömək edəcəyik", deyə o, bu yaxınlarda müzakirə olunan Ukraynanın sürətləndirilmiş qəbulu ideyası ilə bağlı suala cavab olaraq bildirib.

Tajani Ukraynadan hansı ölkələrin öndə olduğunu dəqiqləşdirməyib, lakin "Serbiyaya diqqət göstərmək üçün" 1 apreldə Belqrada səfər edəcəyini qeyd edib.

Qeyd etmək lazımdır ki, hələ bloka qoşulmayan altı Balkan ölkəsinin hamısı hazırda Aİ üzvlüyünə gedən yollarının müxtəlif mərhələlərindədir. Xüsusilə, Monteneqro və Serbiya namizəd statusuna malikdir və üzvlük danışıqları aparır: Albaniya və Şimali Makedoniya da rəsmi olaraq danışıqlara başlanan namizədlərdir. Bosniya və Herseqovina namizəd statusu alıb, lakin hələ danışıqlara başlamayıb, qismən tanınmış Kosovo dövləti isə müraciət edib və potensial namizəd hesab olunur.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr