AZ

Cin dünyada 4-cü, Asiyada isə 1-ci yerdədir

Yazını böyüt
Yazını kiçilt

Çinin bataqlıq ərazilərinin ümumi sahəsi Asiyada birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb.

Hafta.az Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Meşəçilik və Çəmənliklər üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilib ki, son illər ölkədə bataqlıq ekosistemlərinin qorunması və bərpası gücləndirilib, müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Hazırda Çində 82 beynəlxalq əhəmiyyətli, 80 milli əhəmiyyətli bataqlıq ərazisi mövcuddur.

Ölkədə, həmçinin 22 beynəlxalq bataqlıq şəhəri və 903 milli bataqlıq parkı fəaliyyət göstərir. Onların təxminən 90 faizi ictimaiyyət üçün pulsuzdur.

Qeyd edək ki, bu məlumat Dünya Bataqlıqlar Günündə açıqlanıb.

Seçilən
0
3
hafta.az

4Mənbələr