AZ

İllərlə Yasamalda olan qurumun yeri dəyişdirilir

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanıb.Demokrat.az-ın məlumatına görə MMC-dən Milli.Az-a bildirilib ki, artıq redaksiyalar yüklərini daşımağa başlayıb.Qeyd edək ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu "Azərbaycan Nəşriyyatı" MMC-in yerləşdiyi binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
demokrat.az

2Mənbələr