AZ

Gənclər Gününə həsr olunan “GəncLAND” festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən AzərbaycanGəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı təşkilolunub. Festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3mindən çox gənc bir araya gələrək Gənclər Gününü birgə qeydedib.

Trend xəbərverir ki, 1 fevral tarixində "Elektra Events Hall"da reallaşdırılanfestival iştirakçılara yüksək enerjili və əyləncəli proqramı təqdimedib.

Festivalın açılış mərasimində çıxış edən AzərbaycanRespublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icraedən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritetistiqamətlərindən və gənclərin ölkəmizin sosial-iqtisadi və ictimaihəyatındakı rolundan bəhs edib. O qeyd edib ki, Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günügəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gəncliyə verilən dəyərinümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığınailiyyətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilənuğurlu gənclər siyasətinin nəticəsidir.

Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları,gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, "DJ"şou, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyükmarağına səbəb olub və gün boyu festival məkanında dinamik,yaradıcı və əyləncəli atmosfer müşahidə olunub.

Gənclərin pozitiv enerjisi ilə yadda qalan “GəncLAND” GənclərFestivalı Gənclər Fondu, Azərbaycan Respublikası GənclərTəşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatlarıİttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, AzərbaycanlıTələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” GənclərTəşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “GənclərinMaarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər”İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan GəncləriGününə həsr olunmuş genişmiqyaslı tədbirlər "GəncİNTELLEKT" ölkəninən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və“GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilətədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq vəinnovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudəvaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Seçilən
3
5
az.trend.az

6Mənbələr