AZ

Ukraynalı siyasətçi: Kiyev itirilmiş torpaqları geri ala bilməyəcək

BAKI, 2 fevral. TELEQRAF

“Kiyev itirilmiş əraziləri geri ala bilməyəcək, Volodimir Zelenskinin bu məsələ ilə bağlı açıqlamaları absurddur”.

Teleqraf xəbər verir ki, bunu Ukraynada qadağan olunmuş müxalif “Həyat Naminə” partiyasının sədri Viktor Medvedçuk deyib.

“Əgər bu lənətə gəlmiş təlxək (Ukrayna Prezidenti Volodimir Zelenskini nəzərdə tutur – red.) bu əraziləri hansısa yolla geri alacağını düşünürsə, çox yanılır”, - o bildirib.

Xatırladaq ki, Rusiyaya yaxınlığı ilə tanınan və bu ölkənin xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Viktor Medvedçuk Ukraynada vətən xaini elan edilib. 2022-ci ildə rusiyalı əsirlər müqabilində Kiyev tərəfindən Moskvaya təhvil verilib.

Seçilən
4
teleqraf.com

1Mənbələr