AZ

Çin Rusiyaya 15 milyar dollarlıq silah satıb

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Avropa İttifaqının sanksiya təzyiqlərinə baxmayaraq, Rusiyanın silah ixracından əldə etdiyi gəlirlər 2025-ci ildə artıb. Bu barədə Çin mətbuatı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarına istinadən məlumat yayıb.

Çinin Baijiahao nəşrinin yazdığına görə, Vladimir Putin hərbi-texniki əməkdaşlıqla bağlı keçirilən müşavirə zamanı Rusiyanın 2025-ci ilin yekunlarına əsasən 30-dan çox ölkəyə hərbi təyinatlı məhsullar tədarük etdiyini bildirib. Onun sözlərinə görə, silah ixracından əldə olunan ümumi gəlir 15 milyard ABŞ dollarını ötüb.

Məqalədə qeyd olunur ki, bu məlumatlar Avropa İttifaqında Rusiyaya qarşı artıq 20-ci sanksiya paketinin müzakirə edildiyi bir dövrdə açıqlanıb. Çinli jurnalistlərin fikrincə, açıqlanan rəqəmlər Qərb ölkələri üçün gözlənilməz olub. Məlumatı ABN24 də yayıb.

Baijiahao analitiklərinin qiymətləndirməsinə görə, əldə olunan nəticələr Rusiyanın silah satışında yanaşmanı dəyişməsi ilə bağlıdır. Xatırladılır ki, ötən ilin sonunda Rusiya müdafiə naziri Andrey Belousov hərbi məhsulların satışında yeni modelə keçildiyini, əsas vurğunun silahların real şəraitdə nümayişinə edildiyini açıqlamışdı.

Çinli ekspertlər hesab edirlər ki, döyüş sistemlərinin praktik istifadəsinin nümayişi ən effektiv reklam vasitəsinə çevrilib. Bu yanaşma Rusiyaya ənənəvi tərəfdaşlarını – o cümlədən Hindistan və Əlcəzairi – qoruyub saxlamaqla yanaşı, yeni alıcılar cəlb etməyə imkan verib.

Məqalədə bildirilir ki, yeni silah müqavilələri əsasən Afrika, Yaxın Şərq və Asiya ölkələri ilə bağlanıb. Müəlliflərin fikrincə, bu proses Moskvanın həmin regionlarda mövqelərini gücləndirməsinə və Qərb istehsalçılarını sıxışdırmasına şərait yaradıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpost.info

2Mənbələr