Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə barədə fikirlərini QHT.az-a bölüşərkən qeyd edib ki, Cənubi Qafqazın siyasi lideri kimi cənab Prezident həm də Qafqazda sülhün təminatçısıdır:
"Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı alması da təsdüfi deyil. Onun sülh sahəsində apardığı sistematik işin nəticəsidir. Avropa təsisatlarının bizə qarşı haqsız mövqeyinə soyuqqanlı yanaşan Prezident İlham Əliyev bu qurumların gələcəkdə reallıqları qəbul edəcəyinə inandığını söyləyir".