AZ

İrana qarşı əməliyyat: ABŞ üçün “İraq ssenarisi” təkrarlanacaq?

ABŞ-nin yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşdığı görünür. Potensial hədəflər, əsasən proqnozlaşdırıla bilsə də, nəticə qeyri‑müəyyəndir.

Beləliklə, əgər Tehranla son anda razılaşma əldə olunmazsa və Prezident Donald Tramp ABŞ qüvvələrinə hücum əmri versə, mümkün nəticələr nələr ola bilər?

Məhəmməd Əsədullazadə

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-nin İrana qarşı havadan hərbi əməliyyatları rejimin dəyişməsinə gətirib çıxarmayacaq:

“ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirəcək. Təbii ki, diplomatik danışıqlar yolu ilə problem həll oluna bilər. Amma İranın Ali dini rəhbəri Əli Xamenei heç bir danışığa getmir. ABŞ Prezidenti Donald Trampın şərtləri bir növ İranın təslim olmasıdır. Müharibə başlayarsa, bundan da çox zərər görən İsrail olacaq. İran əlində olan raketlərin 80 faizini İsrailə atacaq. Bu da İsraildə ciddi dağıntılara səbəb olacaq. ABŞ-nin İranı havadan vurması rejimin devrilməsinə gətirib çıxarmayacaq. Quru əməliyyatı isə ABŞ-nin bəri başdan məğlub olması deməkdir. Çünki on minlərlə dini fanatik ABŞ əsgərlərini İranın qumlu çöllərində qarşılamağa hazır olacaq”.

“ABŞ hesab edir ki, İraq ordusu ABŞ ordusuna müqavimət göstərmədi. Amma İranda bu belə deyil. Birincisi, İraq süni yaradılmış dövlətdir. Əhali məzhəblərə bölünərək bir-birinə qarşı düşməndi. Səddam Hüseyn İraq cəmiyyətini parçalayıb idarə edirdi. İranda isə rejim kifayət qədər güclü ideoloji xətt formalaşdırıb. Həmçinin İraqda olduğu kimi İranda daxili məzhəb və dini parçalanma yoxdur. ABŞ müharibəyə başlayarsa, nəticəsi sual doğurur. İran xalqı Pəhləviləri qəbul etməyəcək. Amma sistemin içindən yeni rəhbəri qəbul edə bilər.

Təbii ki, ABŞ-nin İrana qarşı hava əməliyyatları İran cəmiyyətinə demokratiya və azadlıq gətirməyəcək”, – ekspert vurğulayıb.

Tunar

Seçilən
0
4
nocomment.az

5Mənbələr