Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərdə Fransa Prezidenti Emmanel Makronun adı da var.
Hurriyyet.org ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ baş prokurorunun müavini Todd Blanş Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni faylla bağlı açıqlama verib.
Açıqlamaya görə, Makronun adı 2017-ci ildə prezident seçilməzdən əvvəl və sonra çoxsaylı sənədlərdə yer alıb. Sənədlər göstərir ki, Epşteyn Makronun ondan bir çox məsələdə kömək istədiyini iddia edib.
17 sentyabr 2018-ci il tarixində göndərilən elektron poçtda Epşteyn Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Borge Brendeyə verəcəyi məlumatların məxfi olduğunu bildirib.
Həmin poçtda Makronun fikirləri yer alıb:
"Biz inanırıq ki, bu çətinliklərin öhdəsindən daha yaxşı gəlmək üçün idarəetmə formasını, beynəlxalq təsisatları, öhdəlikləri və dövlət və özəl maraqlı tərəflər arasında münasibətləri, eləcə də istifadə olunan sosial-iqtisadi vasitələri yenidən düşünməli, qurmalı və kəşf etməliyik. Daha mütərəqqi bir gələcəyin qurulması üçün hansı sosial-iqtisadi innovasiyaları dəstəkləyərdiniz?"
Həmçinin, 30 avqust 2018-ci il tarixli elektron poçt mübadiləsində Epşteyn iddia edib ki, Makron təsisat, siyasət və elm də daxil olmaqla, demək olar ki, hər şey barədə ondan məsləhət istəyib. Hətta o, Makronu "Avropaya, bəlkə də dünyaya rəhbərlik etmək istəyən" biri kimi təqdim edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.