AZ

Nigar Bundesliqada debüt etdi - Şəkillər

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin və "Hamburq"un futbolçusu Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.

QOL.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Frayburq"a qarşı görüşdə oynayıb. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Matçda "Frayburq" 2:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlində "Frayburq" 26 xalla 6-cı, "Hamburq" isə 10 xalla 12-cidir. Sıralamaya 43 xalla "Bavariya" liderlik edir.

Xatırladaq ki, N.Mirzəliyeva yanvarın 24-də "Hamburq"la ilə 2,5 illik müqavilə imzalayıb.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr