AZ

"Real Madrid"in ulduzu uzun müddətə sıradan çıxdı

İspaniya çempionatının 22-ci turunda "Rayo Valyekano" (2:1) ilə görüşün startında xəsarət alaraq erkən əvəzlənən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemin durumuna aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub.

Bu barədə Madrid klubunun mətbuat xidməti açıqlama yayıb. Matçın səkkizinci dəqiqəsində zədələnən və meydanı göz yaşları içində tərk edən futbolçunun tibbi müayinəsinin nəticəsinə əsasən, yarımvətər əzələsində zədə aşkarlanıb.

"Marca"nın məlumatına görə, 22 yaşlı ingilis yarımmüdafiəçinin sağalması üçün təxminən bir aydan çox vaxt lazım olacaq.

Bellinqem bu mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr