Bakı. Trend:
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləriüçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsiningüzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Sənədə əsasən, fiziki şəxslər tərəfindən gömrük ərazisinəgətirilən mobil cihazların gömrük dəyəri bu Qaydaların 2.1.2-ci və2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş bir aylıq həddən artıqolduğu halda ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdəgöstərilən məbləğlər çıxılmaqla, bu malların gömrükrəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tariftənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmişqaydada həyata keçirilir.
Xəbər yenilənəcək